Lavrovu İrəvanda çaşdıran SUAL

Lavrovu İrəvanda çaşdıran SUAL

“Ermənistanın Ukraynalaşmasından söhbət gedə bilməz. Bu barədə necə danışmaq olar? Ermənistan sivil ölkədir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov erməni jurnalistin Rusiyanın Ukraynaya etdiklərini Ermənistana da etmək niyyətində olub-olmaması ilə bağlı sualına cavabında deyib.

"Cavab verməkdə özümü bir az yöndəmsiz hiss edirəm, çünki mənim cavabıma ehtiyacınız yoxdur", - Lavrov deyib. Buna baxmayaraq, o, suala müəyyən qədər cavab verib.

Nazir ilk növbədə sualın bu cür qoyulmasının “nasist rejimini dəstəkləmək” anlamına gəldiyini vurğulayıb.

Xəzər
“Cebheinfo.az”