Rubio: “Tramp Putinə heç bir güzəşt etməyib”

Rubio: “Tramp Putinə heç bir güzəşt etməyib”

ABŞ dövlət katibi Marko Rubio Senatda dinləmələr zamanı Prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində Vladimir Putinə heç bir güzəştə getmədiyini iddia edib. 

"Cebheinfo.az" xəbər verir ki, Rubio yeni administrasiyasının Ukrayna siyasətini tənqid edənlərə "Ruslara qarşı heç bir sanksiya qaldırılmayıb. Əvvəlki administrasiya dövründə qüvvədə olan bütün sanksiyalar hələ də qüvvədədir",- deyə cavab verib. 

Bir senatorun Tramp administrasiyasının “Ukrayna ilə danışıqlardan əvvəl Rusiyaya təzyiq göstərdiyi” iddialarını rədd edən Rubio deyib: “Vladimir Putin bir dəfə də olsun güzəşt əldə edə bilmədi”.

 O, ABŞ-nin diplomatik “kozır”larının qorunduğunu vurğulayıb. Bu bəyanatlar Tramp-Putin telefon danışığından sonra artan siyasi gərginlik fonunda verilib. 

Eyni zamanda, ABŞ administrasiyasında Rusiyaya qarşı izlənəcək siyasətlə bağlı fikir ayrılıqlarını da ortaya qoyub. Rubionun sərt açıqlamalarına baxmayaraq, Trampın daha çox barışdırıcı dildən istifadə etməsi Respublikaçılar Partiyası daxilində də fikir ayrılıqlarına səbəb olur. 

Diplomatik dairələr iki ölkə arasındakı gərginliyin yaxın günlərdə necə inkişaf edəcəyini diqqətlə izləyir. 

Nigar Hacılı 
"Cebheinfo.az"