İran parlamenti Rusiya ilə müqaviləni təsdiqləyib

İran parlamenti Rusiya ilə müqaviləni təsdiqləyib

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiqləyib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Qanun layihəsi 201 səsvermədən 191 lehinə, 8 əleyhinə və 2 bitərəf olmaqla qəbul edilib.

Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də imzalanıb.

Saziş 16 apreldə Rusiya Dövlət Duması tərəfindən ratifikasiya edilib.

"Cebheinfo.az"