Rusiyada Ermənistanla bağlı QƏRAR

Rusiyada Ermənistanla bağlı QƏRAR

Oktyabrda Rusiyada Ermənistan mədəniyyəti günləri keçiriləcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O, mədəni-humanitar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

“Bu, ənənəvi olaraq dinamik istiqamətdir və hər iki ölkənin vətəndaşları tərəfindən böyük maraq və dəstək alır.Keçən il 700-dən çox tədbir, yəni gündə iki mədəni tədbir keçirilib.

Bu il tendensiya davam edir; Oktyabrda Rusiyada erməni mədəniyyəti günləri keçiriləcək”, - deyə rusiyalı nazir qeyd edib.

Xatırladaq ki, Lavrov İrəvanda səfərdədir.

Xəzər
“Cebheinfo.az”