“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə DƏVƏT EDİB

“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə DƏVƏT EDİB

Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper iyunun 6-da Polşa ilə yoldaşlıq, iyunun 9-da isə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İtaliya ilə keçirəcəyi oyunlar üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.

Qeyd edək ki, Avram 2023-cü ildən “Araz-Naxçıvan”ın heyətində çıxış edir.

"Cebheinfo.az"