Azarkeşlər arasında kütləvi DAVA

Azarkeşlər arasında kütləvi DAVA

İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə kütləvi dava baş verib.

Qarşıdurma İspaniyanın Bilbao şəhərində olub.

Dava zamanı hər iki klubun azarkeş qrupları bir-birilərini təhqir ediblər. Ardınca tərəflər arasında əlbəyaxa dava düşüb və bir neçə azarkeşə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, oyun bu gün, Bakı vaxtı ilə saat 23:00-da Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

"Cebheinfo.az"