Şamaxıda azyaşlıların döyülməsi ilə bağlı hakimdən BIABIRÇI SƏHV

Şamaxıda azyaşlıların döyülməsi ilə bağlı hakimdən BIABIRÇI SƏHV

AFFA U-15 liqasında azyaşlıları vurduğu üçün 1 illik futboldan uzaqlaşdırılan “Şamaxı”nın məşqçisi Vüqar Süleymanovun cəzasını ləğv edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı açıqlama yayıb:

“AFFA U-15 Liqasında keçirilən "Şamaxı" – "Metak" oyununda meydan sahiblərinin heyətində adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqib komandanın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq sözügedən şəxsin 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimələnməsi, "Şamaxı"nın növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun hallar nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmaq üçün İntizam Komitəsinə qaytarılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib”.

Əldə etdiyimiz məlumata görə, AFFA bu cəzanı verərkən məşqçiləri qarışdırıb. Belə ki, matçın hakimi azyaşlıları vuran məşqçinin adını protokola səhv qeyd edib. Nəticədə İntizam Komitəsi yanlış olaraq Vüqar Süleymanovu cəzalandırıb. Futbolçulara qarşı intizamsız hərəkət edən isə başqa məşqçi olub. 

“Şamaxı”nın verdiyi apellyasiya şikayətindən sonra isə cəza ləğv edilib. 

"Cebheinfo.az"