Nazir İrəvanda ermənilərə vəd verdi: “Heç bir müdaxiləyə icazə...”

Nazir İrəvanda ermənilərə vəd verdi: “Heç bir müdaxiləyə icazə...”

İranın müdafiə naziri Əziz Nəsirzadə ərazi bütövlüyünü və regional sərhədlərin sabitliyini qorumağı Tehranın siyasətinin dəyişməz prinsiplərindən biri adlandırıb.

İran rəsmisi Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə iki ölkə arasında əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

O, Ermənistanın İranın qonşuluq siyasətində xüsusi yer tutduğunu bəyan edib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Mehr” xəbər agentliyi belə yazıb. 

Nəsirzadə ərazi bütövlüyünün və regional sərhədlərin sabitliyinin qorunmasını İranın siyasətinin dəyişməz prinsiplərindən biri adlandırıb. 

O bildirib ki, İran və Ermənistan arasındakı sərhəd iki ölkə arasında tarixi əlaqələrin mənbəyidir və Tehran bu sərhəddə heç bir müdaxiləyə icazə verməyəcək.

Müşfiq Abdulla
“Cebheinfo.az”