Ordumuzda neçə qadın hərbçi xidmət edir? - AÇIQLANDI

Ordumuzda neçə qadın hərbçi xidmət edir? - AÇIQLANDI

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb.

"Cebheinfo.az" xəbət verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alıb.

Hesabat bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin müzakirəsinə çıxarılıb.

Hesabatda bildirlib ki, Azərbaycan Ordusunda xidmət edən- zabit və gizir qadın hərbi qulluqçular - 329 nəfərdir;

- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular - 1602 nəfərdir;

- qadın mülki işçilər - 10218 nəfərdir.

"Cebheinfo.az"