Beş yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Beş yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Rusiyanın Altay diyarında yerləşən Bijsk şəhərində beş yaşlı qız beşinci mərtəbədən yerə yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə Lomonosov küçəsində baş verib. İlkin məlumatlara görə, uşaq anası ilə birlikdə tanışlarına qonaq gedibmiş. Bir müddət sonra böyüklər evdən çıxıb və azyaşlı tək qalıb. Qızcığaz eyvana çıxaraq məhəccərə söykənib və beşinci mərtəbədən yerə yıxılıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralanmaların dəqiq xarakteri açıqlanmır.

Hazırda istintaqçılar hadisə ilə bağlı araşdırma aparırlar. Onlar ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurulması əlamətlərini araşdırırlar. İstintaq Komitəsinin əməkdaşları baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışırlar.

"Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək", – deyə məlumatda bildirilir.

"Cebheinfo.az"