Ədalət Vəliyev Türkiyənin vitse-prezidenti ilə GÖRÜŞÜB

Ədalət Vəliyev Türkiyənin vitse-prezidenti ilə GÖRÜŞÜB

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsini daha da irəli daşımaq üçün atıla biləcək konkret addımlar və regional məsələlər müzakirə olunub:

“Cənab Vəliyevə və nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” anlayışı çərçivəsində qarşılıqlı etimad və həmrəylik əsasında inkişaf etdirməyə davam edəcəyik”.

Elmir Mustafa
“Cebheinfo.az”