Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir

Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report"un Ankara bürosu xəbər verir ki, konfransda Azərbaycan və Türkiyədən çox sayda iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Azərbaycan Milli Məclisinin deputatları, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə sədrləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edirlər.
Qərbi Azərbaycanla bağlı sənədli filmin nümayişi ilə başlayan konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib.
Administrasiya rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.
"Cebheinfo.az"