Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

"Cebheinfo.az"