İrəvanda kritik görüş BAŞLADI - YENİLƏNDİ

İrəvanda kritik görüş BAŞLADI - YENİLƏNDİ

12.39

"Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr üçün yeni 2 illik planın hazırlanması üzrə işlər artıq başa çatıb".

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla İrəvanda keçirilən geniş tərkibli görüşdə deyib.

O, planın bu gün imzalanacağına ümidini ifadə edib.

Nazir humanitar sahədə əməkdaşlıqda xüsusilə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb. 

****

Xarici İşlər Nazirliyində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Xəzər

"Cebheinfo.az"