Sənayi: "Azərbaycanla quru sərhədin açılacağına ümidvarıq"

Sənayi: "Azərbaycanla quru sərhədin açılacağına ümidvarıq"

“Hazırda dövlət başçısının tapşırığı ilə əldə edilmiş razılaşmaların reallaşdırılması icra strukturlarının gündəliyindədir”.

 

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidentin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə ilə görüşdə deyib.

O, iki ölkə arasında əlaqələrin inkişafını yüksələn xətt kimi səciyyələndirib.

Mehdi Sənayi təmasların əhəmiyyətini, uçuşların artırılması, bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son birgə qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bundan sonra quru sərhədlərinaçılışların şahidi olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib: “Cənab İlham Əliyev də sazişlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verib və onları həssaslıqla izləyir”.

Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair sənəd layihəsinin hazırlanmasına göstəriş verib: “Ölkəsi İran İslam Respublikası ilə bütün sahələrdə dostluq əlaqələrini genişləndirməyə hazırdır”.

"Cebheinfo.az"