Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AK Partidə olub

Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AK Partidə olub

AK Partinin sədr müavini Efkan Ala Azərbaycan Respublikası Prezident Aparatının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor  Ədalət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Cebhenfo.az”-ın “Haber Global”ə istinadən verdiyi xəbərə görə, patiyanın qərargahında keçirilən görüşdə AK Partinin sədr müavinləri Zəfər Sırakaya, Kürşad Zorlu və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım da iştirak edib.

Sədr müavini Efkan Ala çıxışında Türkiyə ilə Azərbaycan arasında köklü əlaqələrin olduğunu bildirib və imzalanan müqavilələrlə bu əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bir çox regional problemlərin həllində həlledici təşəbbüsə çevrildiyinə diqqət çəkən sayın Ala digər ölkələrin buna həsəd apardığını bildirib.

Ala iki ölkə prezidentinin liderlik diplomatiyasının ən yaxşı nümunələrini nümayiş etdirdiyini bildirib: 

"Bu ikitərəfli münasibətlərdə keyfiyyət səviyyəsi həm ölkələrimiz arasında imkanların daha yaxşı qiymətləndirilməsinə, həm də regional problemlərin həllində qətiyyətli siyasətin qurulmasına imkan yaradır. 

Bu, həm də Azərbaycanın və Türkiyənin yerləşdiyi regionda sülhün, təhlükəsizliyin və sabitliyin inkişafına müsbət töhfə verir. Buradan həm regionumuza, həm də dünyaya rahatlıqla deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsi, səviyyəsi və keyfiyyəti təkcə Azərbaycan və Türkiyənin xeyrinə deyil, həm də iki dövlətin xeyrinədir. Bölgəmizdə də önümüzdəki dövrdə bu iki ölkə arasında münasibətlərin yaratdığı müsbət atmosferdən daha çox faydalanma fürsəti olacaq”.

Türkiyə və Azərbaycanın beynəlxalq münasibətlərdə hələ çox yolu olduğunu ifadə edən Ala iki ölkədən birinin problemi və ya imkanının digərinin də problemi və fürsəti olduğunu bildirib.

“Türkiyə və Azərbaycan yeni tarix yazır”

Prezident Aparatının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyev Türkiyə ilə Azərbaycan dostluğunda tarixi günlərin yaşandığını bildirib:

“Son 20-25 ildə Türkiyə və Azərbaycan iki böyük türk lideri - cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əl-ələ verib, birgə yeni bir tarix yazır”.

İki ölkənin bir-birinə verdiyi dəstəyin əhəmiyyətini vurğulayan Ədalət Vəliyev iki ölkə arasında dostluğun əbədi olduğunu bildirib.

Xarladaq ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komissiyasının sədri və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov da daxildir.

Xəzər
“Cebheinfo.az”