Məktəb avtobusunda uşaqları PARTLATDILAR

Pakistanın cənub-qərbində çərşənbə günü kamikadzenin məktəb avtobusunu partlatması nəticəsində azı 4 uşaq ölüb, 38 nəfər yaralanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə hökumət rəsmisinə istinadən “Economic Times” yazır.
Hücum Xuzdar ərazisində baş verib.Heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Şübhələr regionda təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə tez-tez hücum edən etnik Bəluc separatçılarının üzərinə düşür.
Pakistanın daxili işlər naziri Mohsin Naqvi hücumu pisləyib və cinayətkarları heç bir güzəştə layiq olmayan "heyvan" adlandırıb.
Xəzər
“Cebheinfo.az”