Azərbaycanda abortların sayı 5 minə yaxın artıb

Azərbaycanda abortların sayı 5 minə yaxın artıb

2024-cü ildə 102 min 310 nəfər uşaq doğulub ki, həmin körpələrin 54 min 221-i oğlan, 48 min 89-u isə qız uşaqlarıdır.

Modern.az-ın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatından əldə etdiyi məlumata görə, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq əvvəlki illərə nisbətən azalaraq 6 min 132 nəfər təşkil edib. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

Qeyd edək ki, 2023-cü il üzrə 112 min 620 nəfər doğulan körpələrin 59 min 814-ü oğlan, 52 min 806-sı isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 7008 nəfər olub. Doğulanda cins nisbəti də həmin il hər 100 qıza 113 oğlan təşkil etmişdir.

2024-cü ildə ölkə üzrə 78 min 245 abort qeydə alınıb. 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 29,4 olub.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə doğuşların sayı 111 min 800, abortların sayı isə 73 min 800 olub. 

"Cebheinfo.az"