Azərbaycanda yeni nazir təyin edildi

Azərbaycanda yeni nazir təyin edildi

Naxçıvanda yeni kənd təsərrüfatı naziri təyin olunub.

"Cebheinfo.az" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Müvafiq qərar Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.

Qeyd edək ki, Naxçıvandakı sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, kənd təsərrüfatı nazirinin müavini vəzifəsini davam etdirəcək.

"Cebheinfo.az"