21 kişiyə mühafizə orderi verilib

21 kişiyə mühafizə orderi verilib

Ötən il 21 kişiyə mühafizə orderi verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.

2024-cü ildə 325-i (2023-cü ildə 180- i) qısamüddətli, 34-ü (2023-cü ildə 16-sı) uzunmüddətli olmaqla, ümumilikdə 359 (2023-cü ildə 196) mühafizə orderi icraatda olub, onlardan 338-i (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib.

190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib.

"Cebheinfo.az"