Avtomobil mağazaya çırpıldı: 1 ölü, 2 yaralı - FOTO

Ötən gecə saat 01 radələrində İsmayıllı rayonunda ağır yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin 1983-cü il təvəllüdlü sürücüsü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.
Hadisə zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Sərnişinləri - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
"Cebheinfo.az"