İsrail bomabalayır: Livan bəyanat yayır

İsrail bomabalayır: Livan bəyanat yayır

Livanın Baş naziri Navaf Salam İsrailin paytaxt Beyrutun cənubunu hədəf almasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinin açıq şəkildə pozduğunu bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Salam yazılı açıqlamada İsrailin Beytun cənubundakı bir binanı bombalamasına reaksiya verib. İsrailin hücumunu pisləyən Salam "Bu hücum BMT Təhlükəsizlik Şurasının Livanın sülh və suverenliyini təsdiq edən 1701 saylı qətnaməsini, həmçinin 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəs razılaşmasını açıq şəkildə pozur", - deyib. 

Baş nazir Salam İsrailin hücumunun nəticələrini müdafiə naziri Mişel Menassa və daxili işlər naziri Əhməd əl-Həccarla birlikdə izlədiyini bildirib. 27 noyabr 2024-cü ildə atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsrail ordusu ilk dəfə 28 Martda Beyrutun cənubunu bombalayıb.

Bu gün İsrailin Beyrutun cənubuna endirdiyi hava hücumunda 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur. 

Livan hakimiyyətinin məlumatına görə, atəşkəsdən sonra İsrail ordusunun başlatdığı hücumlarda yüzlərlə adam ölüb və yaralanıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"