Tramp yeni ofis yaradır

ABŞ Prezidenti Donald Tramp ölkədə investisiyaları sürətləndirmək üçün yeni ofis yaradılması haqqında fərman imzalayıb.
“Cebheinfo.az” xəbər verir ki, Ağ Evdən verilən açıqlamada sözügedən ofisin ABŞ Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərəcəyi bildirilib. Bəyanatda qeyd edilir ki, ofis 1 milyard dollardan çox investisiyanı asanlaşdırmaq və sürətləndirmək üçün yaradılacaq.
Yeni ofis tənzimləyici yükləri azaldacaq, icazə vermə proseslərini sürətləndirəcək, investor məsələlərində müxtəlif qurumlar arasında koordinasiyanı təmin edəcək, milli resurslara çıxışı artıracaq, milli laboratoriyalarla əməkdaşlığı asanlaşdıracaq, şirkətləri ABŞ-də böyük investisiyalar yatırmağa təşviq etmək üçün əyalət hökumətləri və iqtisadi inkişaf təşkilatları ilə işləyəcək vergi ödəyiciləri üçün daha sərfəli müqavilələr üzrə danışıqlar aparmaqla əvvəlki administrasiyadan “daha yaxşı” müqavilələr təmin edəcək.
Açıqlamada ofisin prosesləri daha səmərəli hala gətirərək yerli və xarici investisiyaları cəlb edəcəyi, ABŞ-ni irimiqyaslı investisiyalar üçün ən cəlbedici məkana çevirəcəyi vurğulanıb.
Nigar
“Cebheinfo.az”