ABŞ Polşaya 2 milyardlıq silah satacaq

ABŞ Polşaya 2 milyardlıq silah satacaq

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bu gün verdiyi açıqlamada ABŞ-lə razılaşmaya işarə edib.

"Cebheinfo.az" xəbər verir ki, Kosiniak-Kamysz, Polşanın ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemi üçün logistik dəstək və təlim, eləcə də texniki dəstək komponentlərini əhatə edən təxminən 2 milyard dollarlıq müqavilə imzalayacağını açıqladı.

NATO-nun şərq cinahında əsas oyunçu kimi görünən Polşanın müdafiə naziri “Polşa hava məkanının təhlükəsizliyinin heç bir qiyməti olmadığını” və raketdən müdafiə və ABŞ ilə əməkdaşlığın onlar üçün öncəlik olduğunu bildirib.

Polşa Müdafiə Nazirliyi bildirib ki, sazişin icrası “Visla” proqramının əsasını təşkil edən “Patriot” buraxılış sistemlərinin əməliyyat hazırlığını təmin edəcək.

Bu proqram digərləri arasında yüksək manevr qabiliyyətinə malik raketlər də daxil olmaqla qısa mənzilli taktiki ballistik raketlərə qarşı durmaq məqsədi daşıyır.

Nigar Hacılı 
"Cebheinfo.az"