Zorlamada ittiham olunan Alveş təzminat tələb edə bilər

Dani Alveş həbsdə keçirdiyi günlərə görə təzminat ala bilər.
Yenisabah.az Marca-ya istinadən xəbər verir ki, 3 gün əvvəl o, zorlama işi üzrə bəraət alıb.
İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların yoxluğunu əsas gətirərək ilkin hökmü - 4,5 il həbs cəzasını ləğv edib.
Alveş həbsdə qaldığı 405 gün üçün 20 min avro təzminat tələb edə bilər. Bundan başqa, müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün Meksikanın “Pumas” klubundan da o, 2 milyon avro tələb edəcək.
"Cebheinfo.az"