İsrail Beyrutun ətraf ərazilərinə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətraf ərazilərinə zərbələr endirib.
Bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
Bildirilib ki, zərbələr Dahiya bölgəsinə endirilib və məqsəd “Hizbullah” hərəkatının terrorçu üzvünü zərərsizləşdirmək olub.
Məlumata görə, həmin şəxs HƏMAS hərəkatının döyüşçülərinə rəhbərlik edib və onlara İsrailin mülki şəxslərinə qarşı genişmiqyaslı terror aktının planlaşdırılmasında yardım edib.
“Ordu sözügedən şəxsin zərərsizləşdirilməsi ilə bağlı tədbirlər görüb və təhdidi aradan qaldırıb”, - məlumatda qeyd olunub.
"Cebheinfo.az"