Gənc qız səhvən sirkə turşusu içdi

Kəlbəcər rayonu qeydiyyatında olan və Mingəçevir şəhərində məskunklaşan 2001-ci il təvəllüdlü Quluyeva Zərnişan Rizvan qızı ötən gün saat 23 radələrində yaşadığı evdə ehtiyatsızlıqdan içdiyi sirkə turşusundan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhər xəstəxanasına yerləşdirilən gənc qızın vəziyyəti orta-ağırdır.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"