Meşə yanğınlarına dini ayin səbəb olub?

Meşə yanğınlarına dini ayin səbəb olub?

Cənubi Koreya polisi ölkə tarixində ən böyük meşə yanğınına səbəb olduğuna inandıqları şəxsi həbs edib.

"Cebheinfo.az" xəbər verir ki, bu adamın ölkədə indiyə qədər yaşadığı ən dağıdıcı meşə yanğınını necə başlatması hər kəsi təəccübləndirib.

Səlahiyyətlilər hesab edirlər ki, 50 yaşlarında olan kişi martın 22-də ailəsi Uiseong bölgəsindəki ailə məzarında qədim bir ayinini yerinə yetirərkən yanğını təsadüfən törədib.

“Biz sübutları yoxlamaq mərhələsindəyik”, - Gyeongbuk əyalət polisinin rəsmisi deyib. 

Şübhəli şəxs isə ittihamları rədd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"