Qaribaşvili istefa verib?
![Qaribaşvili istefa verib?](/uploads/images/2024/12/720x400/17332386671643647641674f1f8b92620.jpg)
“Gürcü Arzusu”nun sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı yayılan şayiələri Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski təkzib edib və həqiqətə uyğun olmayan xəbərin təxribat məqsədi ilə yayıldığını bildirib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə İ.Qaribaşvilinin istefası xəbəri yayılmışdı.
"Cebheinfo.az"