Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 3,6 milyard dollar təşkil edib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkəyə 2,7 milyard dollarlıq məhsul idxal edilib və bu da 2024-cü ilin yanvar-fevral aylarının göstəricisindən 19,5 faiz çoxdur. İxrac isə 835,4 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 faiz çoxdur.

Gürcüstanın xarici ticarətində 1,9 milyard dollar saldo yaranıb, bu da ötən ilin analoji göstəricisindən 53,1 faiz çoxdur.

"Cebheinfo.az"