Ana uşağını sığınacağa yerləşdirdi

Ana uşağını sığınacağa yerləşdirdi

“12 ildir narkotik istifadə edən qadının övladı sığınacağa yerləşdirilib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Sədr sözlərinə belə davam edib:

“Qadın uzun müddətdir axtarışda olub və bu gün saxlanılıb. O, müxtəlif narkotik vasitələrin istifadəçisi olsa da, çox şükür körpə sağlam böyüyüb. Hazırda körpənin qida və geyim ehtiyacları təmin edilib. Bu gün anası göz yaşı içində sonuncu dəfə körpəsi ilə vidalaşıb”.

"Cebheinfo.az"