İtaliyada 4,7 bal gücündə zəlzələ

İtaliyada 4,7 bal gücündə zəlzələ

İtaliya sahillərində, Adriatik dənizində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Puqliya ilə Tremiti adaları arasında olan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl 6 yeraltı təkan olub.

Bundan başqa, Foggia əyalətinin şimalındakı Qarqano sahillərində 14 yeraltı təkan qeydə alınıb, ən güclüsü 3,8 bal olub. Qədim vulkanik kraterlərdən ibarət olan və son dövrlərdə seysmik aktivlik artan Kampi Fleqrey bölgəsində isə 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər. Dağıntı qeydə alınmayıb. Bari-Peskara dəmir yolu xəttində qatarların hərəkəti dayanıb.

"Cebheinfo.az"