Osimhen “Barselona”ya mümkün transferindən danışdı

Osimhen “Barselona”ya mümkün transferindən danışdı

“Qalatasaray"ın "Antalyaspor"u 4-0 hesabı ilə məğlub etdiyi qarşılaşmada het-trik edən Viktor Osimhen oyun sonrası açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, son günlərdə onun "Barselona"ya transfer oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Osimhen iddiaları rədd edib.

"Daha öncə də demişəm, mövsüm sonuna qədər transfer mövzusunda heç bir qərar verməyəcəyəm. Mən buranın oyunçusuyam və “Qalatasaray”da oynamaqdan çox xoşbəxtəm. Mənim üçün əsas məsələ transfer deyil, komandanın uğurudur. Hazırda məqsədim komandama kömək etmək və doğru yolda irəliləməkdir", - deyə V.Osimhen bildirib. 

Futbolçu həmçinin, komandasını və azarkeşləri də təbrik edib:

"Bu qələbəni haqq etdik. Komanda olaraq çox yaxşı oynadıq. Barış inanılmaz performans sərgilədi, Yunusun dönüşü də bizim üçün vacibdir. Qarşıdakı matçlarda da bu nəticəni davam etdirməyə çalışacağıq".

Əfsanə 
"Cebheinfo.az"