Azərbaycanlı referi Qazaxıstanda ən yaxşı hakim adına layiq görülüb

Azərbaycanlı referi Qazaxıstanda ən yaxşı hakim adına layiq görülüb

Azərbaycanlı beynəlxalq dərəcəli referi Seymur Məmmədov taekvondo üzrə gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ən yaxşı hakimi adına layiq görülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

S.Məmmədovla yanaşı Rza Məcidov da yarışda ədaləti qoruyub.

Hər iki referi yarışın Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı ilə təltif edilib.

"Cebheinfo.az"