Harris və Blinken Dubayda iqlim konfransında iştirak edəcəklər

Harris və Blinken Dubayda iqlim konfransında iştirak edəcəklər

ABŞ-nin vitse-prezidenti Kamala Harris və dövlət katibi Antoni Blinken Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransında iştirak edəcəklər, amma ABŞ Prezidenti Cozef Bayden forumda iştirak etməyi planlaşdırmır.

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

K.Harrisin bu həftə BƏƏ-yə gələcəyi və sammitdə çıxış edəcəyi bildirilib. Noyabrın 30-dan dekabrın 12-dək keçiriləcək konfransda ABŞ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri də iştirak edəcək.

Cebhe.info