"Heyət Təhrir əş-Şam"ın lideri öldürülüb?

Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən "Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd ə-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.
Bu barədə bu gün səhər İsrail və İran mediası məlumat yayıb.
Məlumata görə, Əbu Məhəmməd ə-Culani Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəzsi zamanı öldürülüb.
HTŞ hələ ki, bu barədə məlumatı nə təsdiq, nə də təkzib edib.
Bundan əvvəl "Heyət Təhrir əş-Şam"ın mindən çox döyüşçüsünün öldürüldüyü bildirilmişdi.
Xəzər
"Cebheinfo.az"