Hulusi Akardan Ermənistana mühüm mesaj: "Sülh əlini tutmalıdırlar"

Hulusi Akardan Ermənistana mühüm mesaj: "Sülh əlini tutmalıdırlar"

ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdədir.

"Cebhe.info" xəbər verir ki, konqresmenlər Türkiyə rəsmiləri ilə bir sıra görüşlər keçirib, müzakirələr aparıblar.

ABŞ Konqresinin nümayəndələri Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akarla görüş keçiriblər.

Görüşdən sonra mətbuata açıqlama verən Akar bildirib ki, amerikalı konqresmenlərlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

O, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb.

“Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”, - Akar qeyd edib.

Görüşdə tərəflər, həmçinin F-16 qırıcılarının Türkiyəyə tədarükü, terrora qarşı mübarizə barədə də müzakirələr aparıblar.

"Cebhe.info"