Paşinyan: “Ermənistanın mövcudluğu məsələsini həll edirik”

Paşinyan: “Ermənistanın mövcudluğu məsələsini həll edirik”

“Biz Ermənistanın gələcəyi ilə bağlı çox konkret layihəni masaya qoyduğumuz məqama gəlmişik”.

“Cebhe.info”-nun məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan partiya funksionerləri ilə görüşündə belə deyib.

“Bu, çox mühüm mərhələdir və biz partiya olaraq fəal olmalıyıq. Aydındır ki, bu çox ağrılı məsələdir və bura başqasının evi deyil, mənim evimdir. Evlə bağlı problem var, yol problemi var, amma istəyirəm ki, qeyd edək: Biz nə kəndlərin, nə də evlərin problemini həll edirik. Biz yaxın onilliklərdə Ermənistanın mövcudluğu məsələsini həll edirik. Biz isə bu problemi həll edəcəyik”, - deyən Paşinyan bunun özünün missiyası olduğunu qeyd edib. 

Müşfiq Abdulla 
“Cebhe.info”