Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan danışdı - VİDEO

Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan danışdı - VİDEO

“İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə”.

Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdən birində Xalq artisti Mehriban Zəki deyib.

Aktrisa bir il əvvəl Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.

“Avtomobil yolun kənarına çıxanda mən “Oqtay, Oqtay” deyib onu səslədim. İlk zərbədə mən huşumu itirdim. Sonra huşum başıma gələndə ilk Dilarənin səsini eşitdim. Deyirdi ki, Mehribanın üzü qandır, Oqtay. Hər şeyi dumanlı xatırlayıram. Özümə gələndən sonra sosial şəbəkələrdə gördüm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda o halım heç yadımda deyildi. Yadımda olan isə o idi ki, gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum”.

Aktrisa Oqtay Əliyevin ölümünün ona bir gün sonra söyləndiyini deyib.

"Cebhe.info"