Cəlilabadda 18 yaşlı oğlan itkin düşdü

Cəlilabadda 18 yaşlı oğlan itkin düşdü

Cəlilabadda 18 yaşlı oğlan 8 gündür itkin düşüb.

Modern.az xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

"Cebhe.info"