"Qarabağ"dan yeni rekord

"Qarabağ"dan yeni rekord

"Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. 

"Cebhe.info" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar. 

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu klubun tarixində yeni rekorddur. 

Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. 

Naibə 
"Cebhe.info"