İranı müharibəyə o hazırlayacaq
Briqada generalı Əli Cahanşahi İran Ordusunun Quru Qüvvələrinin yeni komandiri təyin edilib.
“Cebhenfo.az” bu barədə “Mehr” xəbər agentliyinə istinadən yazır.
Briqada generalı Əli Cahanşahi əvvəllər 77-ci Tamen Əl-Eme” Diviziyasına komandanlıq edib, quru qüvvələrinin koordinator müavini və Xatəm əl-Ənbiya Mərkəzi Qərargahında qiymətləndirmə üzrə müavin vəzifəsində çalışıb.
Quru Qüvvələrinin komandanlığını öz üzərinə götürdükdən sonra Cahanşahi İranın quru hərbi əməliyyatlarına və təlim proqramlarına nəzarət edəcək. ordunun əməliyyat hazırlığını artırmaq üçün çaışacaq.
İran Ordusunun quru qüvvələrinin əvvəlki komandiri general-mayor Kyumərs Heydari olub.
Xəzər
“Cebheinfo.az”

