“İranın ümidi Şimal-Cənub nəqliyyat dəhlizinə qalıb” - Nazir

“İranın ümidi Şimal-Cənub nəqliyyat dəhlizinə qalıb” - Nazir

“İran 2025-ci ilə qədər Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasına və işə salınmasına ümid edir”.

Cebhe.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi deyib.

“Biz ümid edirik ki, İranın indiki hökumətinin müddəti başa çatana qədər (İranda növbəti prezident seçkiləri 2025-ci ilin yayında keçiriləcək) Şimal-Cənub Dəhlizi layihəsinin tamamlanmasını və dəmir yolu xətlərinin açılmasını görəcəyik”,-deyə Xanduzi bildirib.

Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq müqavilə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Layihə 7,2 min km uzunluğunda olan nəqliyyat dəhlizidir və İran və Rusiya vasitəsilə Baltik regionu ilə Hindistan arasında əlaqəni təmin etməlidir. Dəhlizin gücü ildə 20-30 milyon ton yük təşkil edir. Eyni zamanda, İrəvan hələ 2004-cü ildə Şimal-Cənub ITC Sazişinin tamhüquqlu üzvü olub.

Vilayət Muxtar
Cebhe.info