İstilər düşdü:İş saatı azaldıldı

İstilər düşdü:İş saatı azaldıldı

İraqın paytaxtı Bağdadda həddindən artıq istilər səbəbindən dövlət qurumlarında iş saatları yerli vaxtla 07.30-12.30-a endirilib.

"Cebhe.info" xəbər verir ki, dünyada temperaturun artması İraqda həyatı iflic edib.

Paytaxt Bağdadda həddindən artıq istilər səbəbindən iş saatlarında yeni təcrübə həyata keçirilib. Termometrlərin 50 dərəcə göstərdiyi Bağdadda dövlət qurumlarında iş saatlarının qısaldılmasına qərar verilib.

İraqın baş naziri Məhəmməd Şia Sudaninin verdiyi göstərişə əsasən, yerli vaxtla səhər saat 08.00-dan 14.00-a qədər iş vaxtı bu gündən iyunun 29-dək 07.30-dan 12.30-a endirilib.

İraq Səhiyyə Nazirliyindən verilən açıqlamada ictimaiyyətə zərurət olmadıqca, saat 10.00-16.00 arasında çölə çıxmamaq tapşırılıb.

Açıqlamada nazirlik açıq havada olanlara açıq rəngli paltar və papaq geyinmələri ilə bağlı xəbərdarlıq edib, həmçinin əhalini sərinləmək üçün birbaşa günəş işığına məruz qalmamaq və çaylara girməmək barədə xəbərdarlıq edib.

Nigar
"Cebhe.info"