QHT layihə çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil edib - FOTOLAR

QHT layihə çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil edib - FOTOLAR

Iyunun 27-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Vətənpərvərliyin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə müharibə iştirakçılarına həsr olunmuş “Yüksək vətənpərvərlik nümunələrinin təbliği” layihəsi çərçivəsində növbəti dəfə yeni bir qrup şəhid analarının Bakı şəhər istirahət mərkəzində istirahətləri və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil olundu.

“Cebhe.info” QHT.az-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə tədbirin moderatoru Gülnarə Vəlixanlı açaraq tədbirin məqsədi haqqında məlumat verib. Müəllifi olduğu “Şəhid qanı ilə yoğrulmuş Vətən” adlı kitabının təqdim edərək, şəhidlərimizin qəhrəmanlığının təbliği və xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Vətənpərvərliyin İnkişafına Dəstək İctimai Birliyinin sədri Aydın Vəliyev çıxışında qeyd edib ki, Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur. Şanlı ordumuz Qarabağ zəfəri ilə həm Vətən müharibəsində, həm də münaqişənin başladığı 1988-ci ildən bu yana verdiyimiz minlərlə şəhidimizin ruhunu şad edib:

“İgid, cəsur, vətənpərvər övladlar yetişdirən bütün şəhid analarına təşəkkür edirəm. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq və xatırlanacaq”, - deyə sədr çıxışında vurğulayıb.

Ardınca Vətən müharibəsi şəhidləri Əbdülməcid Axundovun anası Ceyran Həsənova övladların keçdiyi şərəfli döyüş yolundan danışıblar.

Şəhid anaları Hüseynova Flora, Mehdiyeva Sürəyya, Həsənquliyeva Mayisə, Qəhrəmanova Arzu çıxış edərək övladlarının qəhrəmanlıqlarından danışıb, bir gözü yaşlı olsa da, qəhrəman oğulları haqqında qürurla çıxışlar ediblər. Kitab təqdimatından sonra müğənni Rəşid Sadıqov vətənpərvərlik ruhunda mahnıları ilə musiqili çıxışlar edib.

“Cebhe.info”