Temperatur 126 illik rekordu qıracaq

Temperatur 126 illik rekordu qıracaq

Moskvada havanın temperaturu iyulun əvvəlində +34 dərəcə ilə 126 illik rekordu qıracaq. 

"Cebhe.info" xəbər verir ki, meteoroloqlar bu həftənin sonundan başlayaraq şəhərə isti havanın təsir edəcəyini bildirirlər.

Bazar ertəsi havanın temperaturu 30-33 dərəcəyədək yüksələcək.  

Bu temperatur şəhərdə sonuncu dəfə 1898-ci ildə qeydə alınıb.  Çərşənbə axşamı havanın temperaturunun 31-34 dərəcə arasında olacağı gözlənilir.
 
Meteoroloqlar havanın isti keçməsinə baxmayaraq, çərşənbə günü şəhərdə güclü yağış və tufan olacağı barədə xəbərdarlıq edir.

Havanın isti keçməsi ilə əlaqədar şəhərdə çimərliklərin dolacağı təxmin edilir.

Nigar Hacılı 
"Cebhe.info"