Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alıb

Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

"Cebhe.info"