Messi bu dəfə ehtiyat skamyasında - 8 ildə İLK

Messi bu dəfə  ehtiyat skamyasında - 8 ildə İLK

Heyətində Lionel Messi olmayan Argentina millisi Peruya qalib gələrək Amerika Kubokunun pley-off mərhələsinə yüksəlib. 

“Cebhe.info” bu barədə “Lenta.ru”-ya istinadən məlumat verir.

Qrup mərhələsinin üçüncü oyunu argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırkı dünya çempionlarının hər iki qolunu Lautaro Martinez vurub.

Messi bu görüşdə iştirak etməyib, o, əzələ zədəsi səbəbindən ehtiyat oyunçular skamyasında qalıb. Bu, səkkiz ildə ilk dəfədir ki, Messi əsas turnirdə milli komandaya çıxmır.

Argentina millisi A qrupunda üç qələbə qazanaraq, Amerika Kubokunun 1/4 finalına yüksəlib. Lionel Skalonun yetirmələri bu mərhələ üçün rəqibini daha sonra müəyyən edəcək.

Xəzər
“Cebhe.info”