Bayden indi də bu ölkələri səhv saldı

Bayden indi də bu ölkələri səhv saldı

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasında İtaliya ilə Fransanı qarışdırıb.

"Cebhe.info" xəbər verir ki, prezidentin çıxışını Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, Bayden çıxışı zamanı dünya müharibələrində həlak olan əsgərlər haqda danışarkən Fransa qəbiristanlığı demək əvəzinə, “O, (keçmiş prezident Donald Tramp) İtaliyadakı qəbiristanlığa getməzdi”, - deyib.

Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez səhvlərə yol verir. O, müxtəlif vaxtlarda çıxışları zamanı ölkələri və adları səhv salması ilə gündəm olur.

"Cebhe.info"