Türkiyədə güclü yanğınlar

Türkiyədə güclü yanğınlar

Bu gün Türkiyənin İzmir vilayətinin müxtəlif rayonlarında 8-i meşə, 8-i kənd yerlərində olmaqla ümumilikdə 16 yanğın hadisəsi baş verib.

Baş vermiş yanğınlardan 11-ini söndürmək mümkün olsa da qalan 5 bölgədə hələ də yanğınla mübarizə aparılır.

Yanğınlara 11 təyyarə, 27 vertolyot, 171 su daşıyan maşın və tikinti texnikası, həmçinin 972 canlı qüvvə cəlb olunub.

Çeşmə, Menderes, Menemen, Səlcuq və Torbalı rayonlarında davam edən yanğınların söndürülməsi üçün işlər davam edir.

"Cebhe.info"